"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Çexiyanın "Viktoriya" (Plzen) komandasına qarşı keçirdikləri ilk oyunu şərh edib.

"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev UEFA çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində çexiyanın "Viktoriya" (Plzen) komandasına qarşı keçirdikləri ilk oyunu şərh edib. Matc.az xəbər verir ki, o, qolsuz bitən matçdan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:
 
"İlk oyun gözləniləndən daha çətin keçdi. Bu, son illərdə oynadığımız ən ağır matçlardan biri idi. Buna baxmayaraq, sonadək mübarizə apardıq. Lakin qol imkanlarından yararlana bilmədik. Bizim hesabı aça bilməməyimiz rəqibi daha sıx oynamağa məcbur etdi. öz üzərimizə düşəni etdik. Komanda olaraq yaxşı mübarizə apardıq.
 
Doğma meydanda azarkeşlərin gözləntilərini daha çox hiss etdik. Bəlkə də bu, bizə bir az mane olur. Amma səfərdə daha rahat oynaya bilirik. Ən böyük amillərdən biri odur ki, səfərdə rəqib də oynamağa çalışır və hücum etmək, qol vurmaq istəyir. Məncə, komandamızın işi daha da asanlaşacaq. ümumilikdə stress və ya həyəcanın olacağını düşünmürəm".
 
Kapitan müasir futbolda səfər oyunu anlayışının olmadığını vurğulayıb: "Azarkeşlərin bizdən gözləntilərini bilirik. Səfərdə oynasaq da, yaxşı nəticə üçün meydana çıxırıq. çexiyada qələbə üçün oynayacağıq".
 
Yarımmüdafiəçinin fikrincə, bəzən revanş hissi futbolçulara ziyan verir: "Belə şeyləri düşünmək lazım deyil. Bütün bunlar oyuna təsir edir. Əksər futbolçularımız "Viktoriya"ya qarşı oynamayıb. Bu səbəbdən revanş hissini onlara vermək çətin olur. Heç mən də qarşılaşmaya bu cür yanaşmırdım. Sadəcə, bizim üçün vacib görüşlərdən biri idi. 2016-ci ildə "Viktoriya" ilə dueldə səfər qoluna görə pley-offa çıxa bilməmişdik. Həmin vaxtda da çoxlu qol imkanları yaratmışdıq".
 
Bu komandalar arasındakı cavab qarşılaşması avqustun 23-də Plzendəki "Dusan Arena"da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest