Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında Azərbaycan üzgüçüsü uğurla çıxış edib. Matc.az xəbər verir ki, komandamızın üzvü Məryəm Şeyxəlizadəxangah 50 metr məsafəyə batterflay üsulla üzmə yarışlarında gümüş medal qazanıb.
 
Azərbaycan üzgüçüsü 27.21 nəticə ilə yalnız qazaxıstanlı idmançıdan geri qalıb.
 
İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest