özbəkistanda səfərdə olan Azərbaycan Minifutbol Federasiyasının və "Zirə" Peşəkar Futbol Klubunun fəxri prezidenti Orxan Məmmədov özbəkistanın idman naziri Adham İkramov ilə görüşüb.
 
Matc.az xəbər verir ki, görüşdə futbol və minifutbolun inkişafı sahəsində əməkdaşlıq potensialına, həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə əlaqələndirməklə dövlət-özəl tərəfdaşlığı formatında idman infrastrukturunun yaradılması imkanlarına dair fikir mübadiləsi aparılıb. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest