Hindistanın çennay şəhərində keçirilən ümumdünya Şahmat Olimpiadası davam edir. Matc.az xəbər verir ki, bu gün 4-cü turun görüşləri keçiriləcək.
 
Azərbaycanın kişilərdən ibarət yığması Türkiyə, qadın millisi isə İsraillə qarşılaşacaq.
 
Azərbaycanın hər iki komandası ilk 3 turda rəqiblərini məğlub edib. Kişilər Əlcəzairi 4:0, Filippini və Argentinanı 3:1, qadınlar isə BƏƏ-ni və Finlandiyanı 4:0, Yunanıstanı 2,5:1,5 hesabı ilə yenib. Hazırda onlar 6 xalla müvafiq olaraq, 13-cü və 7-cidirlər.
 
ümumdünya Şahmat Olimpiadası
4-cü tur
1 avqust
 
Türkiyə – Azərbaycan
 
Mustafa Yılmaz – Şəhriyar Məmmədyarov
Əmrə Can – Rauf Məmmədov
Vahap Sanal – Qədir Hüseynov
Cəmil Can Ali Marandi – Vasif Durarbəyli
 
İsrail – Azərbaycan
 
Marsel Yefroimski – Günay Məmmədzadə
Dina Belenkaya – Xanım Balacayeva
Maşa Klinova – Gövhər Beydullayeva
Mixal Lahav – ülviyyə Fətəliyeva

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest