Türkiyənin Konya şəhərində keçiriləcək 5-ci İslam Həmrəylik Oyunlarını Azərbaycanda yayımlayacaq telekanallar bəlli olub. Matc.az xəbər verir ki, ölkəmizdə bu mötəbər yarışı iki telekanalda yayımlayacaq.
 
Bunlar "İdman" və "İctimai" telekanallarıdır.
 
İslamiadaya 5 avqustda velosiped yarışları ilə start veriləcək. Yarışın açılış mərasimi avqustun 9-da baş tutacaq. Avuqstun 18-də isə yarışın bağlanış mərasimi keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest