Bu gün Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulub. Matc.az xəbər verir ki, Azərbaycan təmsilçiləri – "Neftçi", "Qəbələ" və "Zirə" də cavab oyunlarını keçirib.

Əvvəlcə Qəbələnin eyniadlı təmsilçisi evdə Macarıstan "Fehervar"ını qəbul edib. Saat 20:00-da başlayan matçı avstriyalı FIFA referisi Kristofer Yager idarə edib. "Qırmızı-qaralar" ilk görüşdə 1:4 hesabı ilə uduzmuşdu. Cavab görüşündə isə "Qəbələ" 2:1 hesablı qələbəyə sevinib. Amma təəssüf ki, bu, mərhələ adlamaq üçün yetərli olmayıb.

"Neftçi" "Bakcell Arena"da Kipr "Aris"ini sınağa çəkib. Saat 21:00-da start götürən qarşılaşmanın baş hakimi almaniyalı Bastian Dankert olub. "Ağ-qaralar" Larnakadakı ilk matçda məğlub olmuşdu – 0:2. Cavab görüşündə isə "Neftçi" 3 cavabsız qolla qalib gəlib və möhtəşəm qələbə ilə növbəti mərhələyə vəsiqə qazanıb.

"Zirə" isə İsraildə "Makkabi" (Təl-Əviv) komandasının qonağı olub. "Blumfild" stadionundakı oyun Bakı vaxtı ilə saat 21:30-da başlayıb. Matçda ədaləti xorvatiyalı FIFA referisi Mario Zebets qoruyub. "Qartallar" Bakıdakı ilk görüşdə 0:3 hesabı ilə uduzmuşdu. Cavab görüşündə isə qolsuz heç-heçə qeydə alınıb.

Qeyd edək ki, "Qəbələ" – "Fehervar" cütünün 3-cü təsnifat mərhələsindəki rəqibi "Petrokub-Hinçesti" (Moldova) / "Laçi" (Albaniya) cütünün güclüsü olacaq. "Neftçi" – "Aris" cütünün qalibi "Rapid" (Vyana, Avstriya) / "Lexiya" (Qdansk, Polşa) cütünün güclüsü, "Makkabi" – "Zirə" cütünün qalibi isə Yunanıstanın "Aris" (Saloniki) klubu ilə qarşılaşacaq.

Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunları
28 iyul

Qəbələ – Fehervar 2:1
Qol: R.Muradov, 34. F.Santos, 73 – B.Zivzivadze, 44.
40-cı dəqiqədə L.Neqo penaltidən dəqiq yararlana bilməyib (kənara)
Hakimlər: Kristofer Yager, Robert Ştaynaxer, Santino Şrayner, Markus Hameter (Avstriya).
Qəbələ şəhər stadionu
İlk oyun – 1:4

Qəbələ: 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 4. Ruan Renato, 5. İsnik Alimi, 6. Feras Abu Akal, 7. Rövlan Muradov, 10. Omar Hani, 11. Asif Məmmədov, 23. Rafael Utziq, 27. Məqsəd İsayev, 97. Felipe Santos.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana-Assimba, 36. Elməddin Sultanov, 12. Rüfət Əhmədov, 14. ülvi İsgəndərov, 18. Mehrac Baxşəlı, 20. Rauf Rüstəmli, 33. Hüseyn Mürsəlov, 44. Salman Ələsgərov, 74. Süleyman Damadayev.
Baş məşqçi: Elmar Baxşıyev.
Fehervar: 1. Daniel Kovaç, 5. Attila Fiola, 8. Yevgeni Makarenko, 9. Budu Zivzivadze, 11. Loik Neqo, 13. Artyom Şabanov, 22. Stopira, 23. Pal Dardai, 31. Nikola Serafimov, 55. Marsel Heyster, 94. Klaudio Bumba.
Ehtiyat oyunçular: 32. Emil Roçkov, 6. Peter Pokornı, 7. İvan Petriak, 19. Kenan Kodro, 21. Ruben Pinto, 26. Mixael Lüftner, 29. Solt Kojnok, 65. Silvester Hanqya, 70. Funşo Bamqboye.
Baş məşqçi: Mixael Boris.

Neftçi – Aris 3:0
Qol: Q.Donyo, 38. E.İsrafilov, 57. K.Sayef, 62.
Hakimlər: Bastian Dankert, Yan Zaydel, Eduard Baytinger, Sven Yablonski (Almaniya).
Bakı, "Bakcell Arena".
İlk oyun – 0:2

Neftçi: 1. İvan Brkiç, 3. Mamadu Mbodj, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 6. Voyislav Stankoviç, 8. Emin Mahmudov, 11. Qodsvey Donyo, 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 23. Ataa Caber, 24. Yusuf Laval.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 7. Azər Əliyev, 16. Gilyerme Pato, 17. Rəhman Hacıyev, 20. Vüsal Əsgərov, 21. İsmayıl Zülfüqarlı, 26. ömər Buludov, 27. Fərid Yusifli, 73. Ramin Nəsirli, 77. Yeqor Boqomolski, 82. Rüfət Abbasov
Baş məşqçi: Laurentsiu Regekampf.
Aris: 1. Vana, 3. Kaju, 7. Leo Benqtsson, 8. Morqan Braun, 13. Delmiro Nasçimento, 14. Artur Yannik Qomis, 20. Stiv Yaqo, 21. Mixlali Mayambela, 27. Martin Sloqar, 31. Frants Brorsson, 37. Yulius Syoke.
Ehtiyat oyunçular: 70. Mixalis Papastilianu, 90. Ellinas Sofroniu, 5. Kostas Pileas, 9. Daniel Sikorski, 30. Aleks Muketu-Mussunda, 58. Yevgeni Yablonski, 65. Yanis Dede Lomme, 72. Floriss Cave, 80. çavi Babiçka.
Baş məşqçi: Aleksey Şpilevski.

Makkabi (Təl-Əviv) – Zirə 0:0
Hakimlər: Mario Zebets, Xrvoe Radiç, Luka Puşiç, Ante çulyak (Xorvatiya).
Təl-Əviv, "Blumfild" stadionu.
İlk oyun – 3:0

Makkabi: 1. Daniel Perets, 4. Enrix Saborit, 5. İdan Naxmias, 14. Yoris van Overeem, 16. Qavriel Kaniçovski, 17. Brendli Kuvas, 21. Şeran Yeyni, 23. Eyal Qolasa, 28. Andre Geraldes, 77. Matan Hozez, 99. Corce Yovanoviç.
Ehtiyat oyunçular: 19. Daniel Tenenbaum, 6. Den Qleyzer, 10. Dan Biton, 11. Eylon Almoq, 22. Avi Rikan, 24. Nadav Niddam, 27. Ofir Davidzada, 30. Maor Kandil, 32. Dor Turgeman, 37. Oskar Qlux, 66. Nir Biton.
Baş məşqçi: Vladimir İviç.
Zirə: 1. Mehdi Cənnətov, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 11. Rüstəm Əhmədzadə, 14. Hamidu Keyta, 18. Slavik Alxasov, 21. Hacıağa Hacılı, 26. Nemanya Ancelkoviç, 32. Qismət Alıyev, 44. Dmitrios çantakias, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 2. Sərtan Taşkın, 4. Cəlal Hüseynov, 7. Filipe Paxtman, 9. Loris Bronyo, 13. Ramin Əhmədov, 47. Məhəmməd Hamdui, 56. Samir Ağayev, 64. Mahmud Ağayev, 77. Mirsayib Abbasov.
Baş məşqçi: Rəşad Sadıqov.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest