İngiltərənin "Liverpul" klubunda müdafiəçi Co Qomeslə yeni müqavilə imzalanıb. Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
25 yaşlı futbolçu yeni müqaviləyə əsasən, 2027-ci ilə qədər "qırmızılar"ın uğurları üçün çalışmağa davam edəcək.
 
Co Qomes 2015-ci ilin yayından "Liverpul"da çıxış edir. İngilis futbolçu geridə qalan mövsümdə 21 matça çıxıb. Mərkəz müdafiəçisi İngiltərə yığmasında da 12 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest