Voleybol üzrə kişilərdən ibarət Azərbaycan millisinin üzvü Andrey Vasilenko komandanın toplanışını dəyərləndirib, qarşıdakı yarışlarla bağlı gözləntilərini açıqlayıb. Matc.az xəbər verir ki, o, federasiyanın mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
 
"Hazırlığımız yüksək səviyyədə davam edir. Maydan etibarən güclü və gərgin məşqlərimiz keçir. çıxış edəcəyimiz yarışların vacibliyini və qarşımızda duran məqsədlərimizi bilirik. Həm İslam Həmrəyliyi Oyunları, həm də Avropa çempionatının təsnifat oyunlarında yaxşı çıxış etməli və vətənə uğurla dönməliyik.  
 
Məşqçilərimiz hazırlığımızın ilk günündən çalışırlar ki, hər bir oyunçu qarşıdakı yarışlarda ən yüksək formada çıxış etsin. Hazırlığın növbəti mərhələsində yoxlama oyunlarında gücümüzü yoxlayacağıq. Bu oyunlar zamanı komandamızın hansı mövqelərində çatışmamazlıqlar varsa onları aradan qaldırmağa çalışacağıq. İnanıram ki, toplanışın yekununda ən yüksək formada olacağıq və əsas oyunlarda uğurla çıxış edərək, azarkeşlərimizi sevindirəcəyik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest