"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Namik Ələskərov bundan sonra sözügedən komandanın uğurları üçün çalışacaq.
 
27 yaşlı yarımmüdafiəçi ilə bağlanmış müqavilənin müddəti 3 ildir.
 
Namik karyerası ərzində ölkəmizdə "Bakı", "Qarabağ", "Kəpəz", "Neftçi" klublarında çıxış edib. Onun son komandası Türkiyə "Bursaspor"u olub.
 
Ələskərov "Sabah"da 17 nömrəli formada çıxış edəcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest