Tokio-2020 Yay Paralimpiya Oyunlarının 3 qat qalibi Roman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən dünya çempionatında daha bir qızıl medal qazanıb. Matc.az xəbər verir ki, o, 100 metrəyə sərbəst üzmə növündə 53.07 nəticə göstərib.
 
Bununla da Azərbaycan millisinin dünya çempionatında qazandığı medalların sayını 5-ə çatıb.
 
Daha öncə keçirilmiş yarışlarda Roman Saley 1 qızıl, 2 gümüş, digər təmsilçimiz Vəli İsrafilov isə 1 qızıl medal qazanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest