İyunun 13-dən 20-nə kimi yollarda təhlükəsizlik məqsədilə quraşdırılan beton bloklar da götürüləcək. Piyadalar üçün quraşdırılmış müvəqqəti körpülər isə iyunun 22-nə qədər aradan qaldırılacaq.

Bu gün saat 18:00-dan etibarən Bakı şəhərində nəqliyyatın hərəkətinin məhdudlaşdırıldığı əksər prospekt və yollar açılacaq. Matc.az Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə istinadən xəbər verir ki, 10-12 iyunda keçirilmiş Formula 1 üzrə Azərbaycan qran-prisi ərəfəsində bağlanmış prospekt və küçələr bu gündən etibarən sürücülərin istifadəsinə veriləcək.
 
Bundan başqa, iyunun 13-dən 20-nə kimi yollarda təhlükəsizlik məqsədilə quraşdırılan beton bloklar da götürüləcək. Piyadalar üçün quraşdırılmış müvəqqəti körpülər isə iyunun 22-nə qədər aradan qaldırılacaq.
 
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu müddət ərzində bütün sakinlərə göstərdikləri anlayışa görə minnətdarlıq edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest