Futbol üzrə Türkiyə Super Liqasında sonuncu turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu günü daha dörd qarşılaşma baş tutub.

"Sivasspor" doğma meydanda "Kayserispor"a qalib gəlib. Altı qolun qeydə alındığı "Altay" – "Kasımpaşa" matçında qonaqlar inamlı qələbəyə seviniblər.

"Fənərbaxça" "Yeni Malatyaspor"la səfər oyununda 5 cavabsız qola sevinib. İstanbulun digər təmsilçisi "Beşiktaş" isə "Konyaspor"la qarşılaşmadan 1 xalla ayrılıb.

Türkiyə Super Liqası
38-ci tur

20 may

Antalyaspor – Qalatasaray 1:1
Qol: Ndao, 45 – M.Məhəmməd, 77.

Qaziantep – Rizəspor 2:0
Qol: Stankovski, 41. Maksim, 58.

21 may

Altay – Kasımpaşa 2:4
Qol: İ.öztürk, 45+1. Kappel, 81-pen – Eysserik, 35; 50. U.Bozok, 42; 63.

Sivasspor – Kayserispor 2:1
Qol: J.Feliks, 21. K.Kesgin, 63 – M.Kardozo, 56.

Beşiktaş – Konyaspor 1:1
Qol: K.Karaman, 90+1 – Rahmanoviç, 42.

Yeni Malatyaspor – Fənərbaxça 0:5
Qol: S.Dursun, 32. S.Aziz, 57. İ.Kahveci, 75. Valensiya, 77; 89.

22 may

17:00. Başakşəhər – Trabzonspor
17:00. Fatih Karagümruk – Alanyaspor
20:00. Hatayspor – Girəsunspor
20:00. Adana Dəmirspor – Göztəpə

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest