Milli komandanın oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edən klublar yoxlama görüşü keçirirlər. Matç.az saytı xəbər verir ki, elita təmsilçiləri "Sumqayıt"la "Zirə" üz-üzə gəlib.

Sumqayıt şəhər stadionunun süni örtüklü köməkçi meydançasında baş tutan qarşılaşma bakılıların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qonaqların heyətində Mirsayib Abbasov və Vüsal İskəndərli fərqləniblər.

Ev sahiblərinin yeganə qoluna isə son dəqiqələrdə Nicat Qurbanov imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest