Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 2021/22 mövsümünə yekun vurulub. Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge" də mövsümün sonuncu matçına çıxıb.
 
Sözügedən komanda 34-cü tur çərçivəsində səfərdə Drezden "Dinamo"su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
 
Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
 
34 oyuna 26 xal toplamış "Ersgebirge" mövsümü 18 kollektiv arasında 17-ci pillədə tamamlayıb. Bu üzdən komanda aşağı liqaya yuvarlanıb.
 
Nazarov geridə qalan mövsümdə meydana çıxdığı 30 oyunda 4 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest