"Bu cür beynəlxalq oyunlar keçirməklə böyük təcrübə qazanırıq. Zambiya fiziki cəhətdən güclü bir kollektivdi və onlar bu görüşdə qələbəyə daha layiq idi"

UEFA İnkişaf turniri çərçivəsində Gürcüstanda keçirilmiş Azərbaycan – Zambiya oyunundan sonra U-17 milli komandamızın baş məşqçisi Elxan Abdullayev fikirlərini bildirib. Matc.az xəbər verir ki, o, 1:3 hesabı ilə bitən oyunu belə şərh edib:

"Yaxşı rəqibə qarşı oynadıq. Təəssüf ki, istədiyimiz oyun alınmadı. Buna səbəb isə rəqibin bizə qarşı güclü təzyiq göstərməsi idi. İlk dəfədi ki millimiz Afrika komandasına qarşı oynayırdı. Bu, bizim gənc futbolçular üçün bir təcrübədi.

Turnir hələ bitməyib, qarşıda Gürcüstan millisi ilə oyunumuz var. Əsas işimiz Avropa çempionatının seçmə mərhələsinə hazırlaşmaqdı. Bu cür beynəlxalq oyunlar keçirməklə böyük təcrübə qazanırıq. Zambiya fiziki cəhətdən güclü bir kollektivdi və onlar bu görüşdə qələbəyə daha layiq idi".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest