"Mançester Siti"nin keçmiş futbolçusu Serxio Aqueronun heykəli ucaldılıb. Matc.az xəbər verir ki, keçmiş hücumçunun heykəli "Etihad" stadionunun yaxınlığında qoyulub.
 
"Şəhərlilər"in İngiltərə Premyer Liqasında ilk titulunu və 44 ildən sonra ilk İngiltərə çempionluğunu qazanmasına həsr edilən gündə heykəlin açılışı olub. "Mançester Siti" 2012-ci il mayın 13-də məhz Aqueronun 90+3-cü dəqiqədə KPR-ə vurduğu qol sayəsində çempionluğu bayram etmişdi.
 
Aquero 2011-2021-ci illərdə "Mançester Siti"nin formasını geyinib. O, klub tarixinin bombardiridir (260 qol).
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest