Futbol üzrə İtaliya A Seriyasında 29-cu turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha beş qarşılaşma baş tutub.
 
"Atalanta" - "Cenoa" matçında qapılara qol vurulmayıb. Səfərdə "Udineze" ilə qarşılaşan "Roma" turu 1 xalla başa vurub. "Fiorentina" isə evdə "Bolonya"nı minimal hesabla üstələyib.
 
Liderin ən yaxın izləyicisi "İnter" çətin Turin səfərinə yollanıb. 6 oyundur qələbə qazana bilməyən "Torino" məhz bu matçda tilsimi qırmaq niyyətindəydi. Amma komandalar bu görüşdən hərəyə 1 qol və 1 xalla ayrılıblar.
 
"Napoli" isə səfərdə "Verona"nı sınağa çəkib. "İnter"in xal itkisindən maksimum yararlanan Neapol təmsilçisi turnir cədvəlində ikinci pilləyə yüksəlib.
 
İtaliya A Seriyası
29-cu tur
 
12 mart
 
Salernitana – Sassuolo 2:2
Qol: Bonatsoli, 8. Dyuriç, 81 – Skamakka, 20. Traore, 30.
 
Spetsiya – Kalyari 2:0
Qol: Erlik, 55. Manaj, 74.
 
Sampdoriya – Yuventus 1:3
Qol: Sabiri, 84 – Yoşida, 23-öz qapısına. Morata, 34-pen; 88.
 
Milan – Empoli 1:0
Qol: Kalulu, 19.
 
13 mart
 
Fiorentina – Bolonya 1:0
Qol: L.Torreyra, 70.
 
Verona – Napoli 1:2
Qol: Faraoni, 77 – Osimhen, 14; 71.
 
Atalanta – Cenoa 0:0
 
Udineze – Roma 1:1
Qol: Molina, 15 – Pelleqrini, 90+4-pen.
 
Torino – İnter 1:1
Qol: Bremer, 12 – A.Sançes, 90+3.
 
14 mart
 
23:45 Latsio – Venetsiya

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest