"Neftçi" PFK futbolçu Asim Əlizadəni icarəyə verib. Matc.az xəbər verir ki, anlaşmaya əsasən, "Neftçi"nin yetirməsi olan 22 yaşlı yarımmüdafiəçi mövsümün sonuna, yəni noyabrın 20-dək Latviyanın "Dauqavpils" klubunda çıxış edəcək.
 
Qeyd edək ki, "Neftçi-2"nin aparıcı futbolçularından olmuş Əlizadə əsas komandanın heyətində ötən mövsüm 1, bu mövsüm 2 rəsmi oyunda meydana çıxıb. O, U-21 milli komandamızın üzvüdür.
 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest