"Real"ın zədəli futbolçusu Kərim Benzema sağalıb. Matc.az xəbər verir ki, fransalı hücumçu çempionlar Liqasının 1/8 finalında PSJ-yə qarşı keçiriləcək oyunda iştirak edə biləcək.
 
Bu barədə "Real"ın baş məşqçisi Karlo Ançelotti İspaniya mətbuatına açıqlamasında bildirib. O, Benzemanın PSJ ilə oyuna hazır olacağını söyləyib.
 
"Real" – PSJ matçı fevralın 15-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest