"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1/4 final mərhələsində "Keşlə"yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, Qurbanov, 1:0 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
- çox asan olmadı. Tam istədiyimiz formada deyilik. İlk oyunda istədiklərimizin az hissəsini gördük. "Keşlə" tam kubok komandasıdır. Bu turnirdə fərqli iştirak edirlər. Onlarda kuboka daha böyük inam, istək var. Matçda yaxşı imkanlarımız oldu. Hər bir halda, qələbə qazana bildik. Qarşıda bizi cavab oyunu gözləyir. Ciddi hazırlaşmalıyıq.
 
- Növbəti oyun "Neftçi" ilədir. Nə düşünürsüz?
- 6 gün vaxtımız olacaq. Sabahdan başlayacağıq. Son çempiona qarşı oynayacağıq. çox ciddi hazırlaşmalıyıq.
 
- "Marsel"ə qarşı necə oynayacağınızı müəyyənləşdirmisiz?
- Düşüncələrim var. Lakin komandaya hələ bildirməmişəm. çox dəyişilik etməməyə çalışacağıq. Xırda elementlərdə bəzi dəyişikliklər ola bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest