"Oyunda belə hallar olur. Normaldır. Bunlar meydanda qalır. Hər şey qələbə qazanmaq istəyindən irəli gəlir"

"Neftçi"nin müdafiəçisi Mərt çəlik Polşanın "Visla" (Plotsk) komandasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Matc.az xəbər verir ki, o, Türkiyənin Antalya şəhərində baş tutan və 1:1 hesabıyla başa çatan matç barədə klubun rəsmi kanalına açıqlamasında bunları söyləyib:
 
"Təlim-məşq toplanışı çox yorucu və gözəl keçir. Hazırlıq prosesindən sonra çempionata yaxşı başlayıb yuxarı sıralara qalxmaq istəyirik. Bu qarşılaşmaya da ağır yüklənmədən sonra çıxdıq. çətin və maraqlı görüş oldu. Qələbə qazanmaq istəyirdik. Amma son dəqiqələrdə üstünlüyü əldən verdik".
 
Gənc oyunçu matçın gedişində rəqib futbolçu ilə arasında baş vermiş insidentə də toxunub: "Oyunda belə hallar olur. Normaldır. Bunlar meydanda qalır. Hər şey qələbə qazanmaq istəyindən irəli gəlir. İnanıram ki, bundan sonra belə şeylər olmayacaq".
 
Bu görüşdə ilk dəfə dördlü müdafiənin sağ cinahında çıxış edən çəlik ilk dəfə bu mövqedə oynadığını vurğulayıb: "Daha əvvəl "Başakşəhər"də yoxlama matçlarında sağ cinah müdafiəçisi kimi oynamışdım. Maraqlı mövqedir. Burada da özümü yaxşı tərəfdən göstərmək istəyirəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest