Koronavirusdan sağalan braziliyalı hücumçu sabahdan məşqlərdə iştirak edə biləcək. Komandanın digər legionerlərindən Xorxe Korrea və Sezar Meza Kolli isə bu gün yenidən test verəcəklər. Analiz nəticələri neqativ çıxacağı halda, onlar da Antalyaya gedərək məşqlərə qatılacaq.

“Neftçi”nin braziliyalı hücumçusu Tyaqo Bezerra bu gecə Türkiyənin Antalya şəhərinə yollanaraq komandanın düşərgəsinə qoşulacaq. Matc.az xəbər verir ki, bu barədə klub televiziyası məlumat yayıb.
 
Koronavirusdan sağalan braziliyalı hücumçu sabahdan məşqlərdə iştirak edə biləcək. Komandanın digər legionerlərindən Xorxe Korrea və Sezar Meza Kolli isə bu gün yenidən test verəcəklər. Analiz nəticələri neqativ çıxacağı halda, onlar da Antalyaya gedərək məşqlərə qatılacaq.
 
“Neftçi” yanvarın 25-dək Türkiyədə təlim-məşq toplanışında olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest