15 Yanvar 2022, 23:58
FUTBOL
Futbol üzrə Almaniya Bundesliqasında 19-cu turun oyunları keçirilir. Matc.az xəbər verir ki, turun əksər qarşılaşmaları şənbə gününə təsadüf edib.
“Volfsburq” – “Herta” matçında hesab açılmayıb. “Maynts” “Bohum”u, “Union Berlin” isə “Hoffenhaym”ı məğlub yola salıb.
“Leyptsiq” “Ştutqart” səfərindən inamlı qələbə ilə dönüb. Mönhenqladbax “Borussiya”sı isə evdə “Bayer”ə uduzub.
Lider “Bayern” bu turda mövsümün uğurlu komandalarından olan “Köln”ün qonağı olub. Münhen təmsilçisi səfərdə darmadağına sevinib.
Almaniya Bundesliqası
19-cu tur
14 yanvar
Borussiya (Dortmund) – Frayburq 5:1
Qol: Munye, 14; 29. Haland, 45+1; 75. Dahud, 86 – Dəmiroviç, 61.
15 yanvar
Volfsburq – Herta 0:0
Köln – Bayern 0:4
Qol: Levandovski, 9; 62; 74. Tolisso, 25.
Maynts – Bohum 1:0
Qol: Yuste, 48.
Union Berlin – Hoffenhaym 2:1
Qol: Voqlzammer, 22. Promel, 73 – Baumqartl, 16-öz qapısına.
Ştutqart – Leyptsiq 0:2
Qol: A.Silva, 11-pen. Nkunku, 70.
Borussiya (Mönhenqladbax) – Bayer 1:2
Qol: Elvedi, 81 – Andrix, 51. Şik, 74.
16 yanvar
18:30 Auqsburq – Ayntraxt
20:30 Arminiya – Qroyter