Futbol üzrə İngiltərə Premyer Liqasının 22-ci turunun "Bernli" – "Lester Siti" oyunu təxirə salınıb. Matc.az xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.
 
Yanvarın 15-də keçirilməli olan qarşılaşma "Bernli"nin heyətində koronavirusa kütləvi yoluxma səbəbindən başqa tarixdə keçiriləcək. Oyunun yeni tarixi daha sonra müəyyənləşəcək. 
 
Bununla da "Bernli"nin bu mövsüm təxirə salınmış oyunlarının sayı dördə çatıb. Daha öncə bu klubun "Aston Villa", "Tottenhem" və "Everton"la matçları da təxirə salınmışdı. "Lester Siti"də isə təxirə salınmış oyunların sayı üçə yüksəlib.
 
Bu mövsüm keçirdiyi 17 oyunda cəmi 11 xal toplamış "Bernli" 18-ci, "Lester Siti" isə 25 xalla 10-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest