Futbol üzrə Türkiyə Super Liqasında 21-ci tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
 
Turun açılış matçında “Beşiktaş” doğma meydanda “Qaziantep”i qəbul edib. İstanbul təmsilçisi bu oyunda minimal hesabla qalib gəlib.
 
Günün digər matçı “Yeni Malatyaspor”la “Göztəpə” arasında baş tutub. Üç qolun qeydə alındığı bu oyunda isə qonaqlar sevinən tərəf olub.
 
Bu tur keçirilməli olan “Başakşəhər” – “Konyaspor” matçı qonaq komandanın futbolçusu Ahmet Çalıkın bir neçə gün əvvəl vəfat etməsi ilə əlaqədar təxirə salınıb.
 
Türkiyə Super Liqası
21-ci tur
14 yanvar
 
Beşiktaş – Qaziantep 1:0
Qol: Batşuayi, 67.
 
Yeni Malatyaspor – Göztəpə 1:2
Qol: M.Eskihellac, 7 – B.Əmir, 15. Laurensi, 73.
 
15 yanvar
 
14:30 Adana Dəmirspor – Kayserispor
17:00 Sivasspor – Trabzonspor
17:00 Fatih Karagümrük – Rizəspor
20:00 Antalyaspor – Fənərbaxça
 
16 yanvar
 
14:30 Altay – Alanyaspor
17:00 Girəsunspor – Kasımpaşa
20:00 Hatayspor – Qalatasaray

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest