Türkiyə çempionu “Beşiktaş” daha bir ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Miralem Pyaniç sıradan çıxıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bosniyalı futbolçunun zədə səbəbindən Super Liqanın 15-ci turu çərçivəsində baş tutacaq “Kasımpaşa” ilə səfər oyununda iştirak etməyəcəyi diqqətə çatdırılıb. Amma 31 yaşlı yarımmüdafiəçinin UEFA Çempionlar Liqasında Dormtund “Borussiya”sı ilə (Almaniya) görüşə qədər sıraya dönməsi gözlənilir.
 
“Kasımpaşa” – “Beşiktaş” matçı dekabrın 3-də keçiriləcək. Türkiyə təmsilçisinin “Borussiya” ilə görüşü isə dekabrın 7-də baş tutacaq.
 
“Beşiktaş”da hazırda qapıçı Mert Günok, müdafiəçi Sərdar Saatçı və yarımmüdafiəçi Gökhan Törə də zədə səbəbindən komandaya kömək edə bilmir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest