Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb. Matc.az FİDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk “10-luq”da Azərbaycanın bir təmsilçisi yer alıb.
 
Xallarını 2767-yə çatdıran Şəhriyar Məmmədyarov 2 pillə irəliləyib və 9-cu sıraya yüksəlib. 2753 xalı olan Teymur Rəcəbov isə ötən ayla müqayisədə 1 pillə də geriləyərək, 14-cü sırada qərarlaşıb.
 
Rauf Məmmədov (2656) 61-ci yerdən 86-cı, Qədir Hüseynov (2661) 74-cü sıradan 80-ci pilləyə geriləyib.
 
Siyahıya yenə norveçli dünya çempionu Maqnus Karlsen (2856) rəhbərlik edir. 2804 xalı olan Fransa təmsilçisi Alireza Firuzca ikinci pillədə qərarlaşıb. 2799 xalı olan çinli Dinq Liren isə üçüncüdür.
 
Qadın şahmatçıların reytinqində Günay Məmmədzadə (2470) 26-cı, Gülnar Məmmədova (2387) 71-ci, Xanım Balacayeva isə (2376) 83-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest