"Liverpul"un hücumçusu Sadio Mane sıradan çıxıb. Matc.az xəbər verir ki, seneqallı futbolçu millisinin Dç-2022-in seçmə mərhələsi çərçivəsində Toqoya qarşı keçirdiyi oyunda zədələnib. 
 
Matçın 27-ci dəqiqəsində xəsarət alan Mane meydanı tərk etmək məcburiyyətinə qalıb. Onun qabırğa və omba nahiyyəsindən zədə aldığı bildirilir. Sadionun bu gün "Liverpul"un düşərgəsinə qayıdacağı bildirilir. 
 
Qeyd edək ki, görüş 1:1 hesabı ilə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest