Futbol üzrə Türkiyə kubokunda üçüncü təsnifat mərhələsinin oyunları keçirilir. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin komandası "Keçiörengücü" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda aşağı liqa təmsilçisi "Ağrı 1970" ilə qarşılaşıb. Bu oyunun əsas vaxtında qapılara qol vurulmayıb. Əlavə vaxtda da hesab açılmadığından qalibi müəyyənləşdirmək üçün penaltilərə ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən "Ağrı 1970" növbəti mərhələyə adlayıb – 5:4.
 
Vüsal kubok qarşılaşmasının iştirakçısı olmayıb. Onun adı görüşün iştirak ərizəsinə daxil edilməyib. Baş məşqçi Taner Taşkın əsasən çempionatda az forma şansı qazanan futbolçuları meydana buraxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest