05 İyul 2025, 10:16
FUTBOL
38 yaşlı argentinalı hücumçu Lionel Messi və "İnter Mayami" futbolçunun floridiyalılardakı gələcəyi ilə bağlı danışıqlar aparır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Qaston Edul paylaşıb.
Bildirilir ki, futbolçu ilə klub arasında danışıqlar uğurla davam edir və tərəflər arasında 2026-cı ilin dekabrın sonuna qədər qüvvədə olacaq müqavilə imzalanması ehtimalı yüksəkdir.
Qeyd edək ki, Messinin "İnter Mayami" ilə hazırkı müqaviləsi 2025-ci ilin dekabr ayının sonuna kimi qüvvədədir.
2025-ci ildə argentinalı futbolçu Florida klubunun heyətində bütün turnirlərdə 17 oyun keçirib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib.