05 İyul 2025, 21:04
FUTBOL
"Qırmızı-qaralar" anqolalı sağ cinah vingeri Paulo Quimbila ilə güclənib
Yeni mövsümün transfer çalışmalarını davam etdirən "Qəbələ" heyətinə daha bir futbolçu qatıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti paylaşıb.
Bildirilir ki, anqolalı sağ cinah vingeri Paulo Quimbila "qırmızı-qaralar"ın uğurları üçün çalışacaq. 19 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Paulonun son klubu Bəhreyn təmsilçisi "Əl-Əhli" olub.
Qeyd edək ki, "Qəbələ" bunadək Prins Ovusu və İsaak Amoahı heyətinə qatıb.