Ukrayna Futbol Assosiasiyasının (UAF) Nəzarət və İntizam Komitəsi Ukrayna Premyer Liqa klubunun sabiq məşqçisini diskvalifikasiyası ilə bağlı qərar qəbul edib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı UAF-ın mətbuat xidməti paylaşıb.

Bildirilir ki, UAF Nəzarət və İntizam Komitəsi noyabrın 24-də baş tutan UPL-in 14-cü turunun "Rux" (Lvov) – "Levıy Bereq" (Kiyev) matçının nəticəsinə təsir etmək üçün hakimə rüşvət verməkdə şübhəli bilinən qonaq komandanın sabiq oyunçusu və məşqçisi Andriy Zaporojanın işinə baxıb.

42 yaşlı ukraynalının UAF-ın Etika və Fair Play Kodeksini mümkün pozması ilə bağlı materialları nəzərdən keçirən Nəzarət və İntizam Komitəsi onun 3 il müddətinə diskvalifikasiya edilməsinə qərar verib.

Qeyd edək ki, Andrey Zaporojan futbolçu karyerasının son üç ilini "Levıy Bereq"də keçirib, bundan sonra o, 2023-cü ildə paytaxt klubunun məşqçilər korpusuna qoşulub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest