06 İyul 2025, 02:12
FUTBOL
Klublararası dünya çempionatının yarımfinala vəsiqə qazanan sonuncu komanda müəyyənləşib.
Matc.az xəbər verir ki, 1/4 finada "Real" "Borussiya" ilə üz-üzə gəlib.
Görüş Madrid klubunun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə, yarımfinalda "Real" PSJ ilə, "Fluminense" isə "Çelsi" ilə üz-üzə gələcək.
Qeyd edək ki, ABŞ-da keçirilən çempionata iyulun 13-də yekun vurulacaq.
KDÇ-2025
1/4 final
5 iyul
"Real" (Madird, İspaniya) – "Borussiya" (Almaniya) - 3:2
Qollar: Qarsiya, 10, 20, Mbappe, 90+4 // Beyer, 90+2, Girassi, 90+8 (pen)
Qırmızı vərəqə: Huysen, 90+6