Serbiya millisinin futbolçusu Duşan Tadiç DÇ-2022-nin seçmə mərhələsində Azərbaycana qarşı keçirdikləri oyundan sonra fikirlərini bildirib. Matc.az xəbər verir ki, yığmanın kapitanı olan “Ayaks”ın ulduz futbolçusu, 3:1 hesabıyla qələbə qazandıqları matçla bağlı bunları deyib:
 
“Sarı vərəqəyə görə, diqqətli olmalıydıq. Komandamız yaxşı çıxış etdi. Hər kəs üzərinə düşən vəzifəni yerinə yetirməyə çalışdı. Oyunda çox yaxşı şeylər oldu”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest