Dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də Belqrad şəhərində Serbiya millisi ilə qarşılaşacaq Azərbaycan milli komandasının üzvü Mahir Emreli koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Emrelinin oyundan əvvəl verdiyi koronavirus testi pozitiv nəticələnib.
 
UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq, Mahir Emreli Serbiya – Azərbaycan oyununda iştirak edə bilməyəcək.
 
Bu gün keçiriləcək Serbiya – Azərbaycan matçı saat 22:45-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest