Futzal üzrə Birinci liqanın 2021/22 mövsümündə iştirak edəcək komandaların adları müəyyənləşib. Matc.az xəbər verir ki, qalib adı uğrunda 14 komanda mübarizə aparacaq.
 
Liqada mövsümə 7-8 oktyabrda start veriləcək. İştirakçı komandaların adları: Şuşa MFK, Zəngilan, ADBTİA, Standard, Forza Neftçi, Metropoliten, Dəstə Ordubad, Arenda.az, Star Karqo, Ulduz, Qarabağ Füzuli, PASO FK, Yasamal İSK, Baku Fire-2.
 
İkinci Liqada da 2021/22 mövsümünün başlanma tarixi müəyyənləşib. Belə ki, yarış oktyabrın 10-da başlanacaq. Bu liqada da 14 komanda qalib olmaq üçün yarışacaq. Komandaların adlarını təqdim edirik: Tim Sport, Baker Tilly, Advokat, Atletiko Baku, Borçalı, Rəvan, Dalğa, Zülfüqar, Bibi-Heybət, Baku Fire-3, Star Karqo-2, Azərsu, Xan Lənkəran, İSMA M.A Baku
 
Hər iki liqada mübarizə aparacaq klublar heyətlərinə cəlb etdikləri yeni oyunçuları oktyabrın 20-dək qeydiyyatdan keçirməlidirlər. Yəni bu liqalar üçün transfer pəncərəsi açılıb və oktyabrın 20-dək davam edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest