“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki,  serbiyalı hücumçu Petar Şkuletiç bundan sonra Masazır təmsilçisinin uğurları üçün çalışacaq. 31 yaşlı futbolçu ilə müqavilə müddəti 2 ildir.
 
Şkuletiç karyerası ərzində Serbiyanın “Teleoptik” (2008/2009), “Voyvodina” (2011-2014), “Radniçki Niş” (2013), “Partizan” (2014/15), Avstriyanın LASK (2009-2011), Monteneqronun “Zeta” (2011), Rusiyanın “Lokomotiv” (Moskva, 2015-2017), Türkiyənin “Gənclərbirliyi” (2017/18), “Sivasspor” (2020) və Fransanın “Monpelye” (2018-2021) klublarında çıxış edib.
 
Petar Serbiya millisində 6 oyun keçirib, 1 qol vurub. Yeni transferi “Sabah”da 7 nömrəli formada çıxış edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest