İngiltərənin "Mançester Yunayted" klubunun hücumçusu Kriştiano Ronaldo verdiyi ən yaxşı qərarı açıqlayıb. Matc.az xəbər verir ki, portuqaliyalı futbolçu "Telefoot"a müsahibəsində bu qərarın "Mançester Yunayted"ə qayıtmaq olduğunu deyib:
 
"Mançester Yunayted"ə qayıdış qəbul etdiyim ən yaxşı qərardır. Bu, münasib vaxtda edilmişdi. Mən tarixə düşmək, "Mançester Yunayted"də əla nəticələrə nail olmağa və mükafatlar qazanmağa kömək etmək istəyirəm".
 
Xatırladaq ki, Ronaldo 2003-cü ildən 2009-cu ilə qədər "Mançester Yunayted"də çıxış edib. ikinci gəlişindən sonra keçirdiyi ilk matçında - "Nyukasl"la oyunda - dubl edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest