"Neftçi"nin futbolçusu Sabir Buqrin Mərakeş milli komandasına dəvət olunub. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi yığmanın Dç-2022-nin seçmə mərhələ matçlarından əvvəl keçiriləcək seleksiya xarakterli yoldaşlıq oyunlarında iştirak edəcək.
 
O, komandanın düşərgəsinə avqustun 30-da qoşulacaq.
 
Qeyd edək ki, ötən ilin yayında transfer olunmuş Sabir Buqrin "Neftçi"nin heyətində meydana çıxdığı 35 oyunda 5 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest