Azərbaycan millisinin sabiq üzvü Ufuk Budakın yeni klubu məlum olub. Matc.az xəbər verir ki, 31 yaşlı müdafiəçi TFF 1-ci liqa təmsilçisi "Bursaspor"a keçib.
 
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Onunla 1 illik müqavilə imzalanıb. 
 
Budakın son klubu bu liqanın digər təmsilçisi "Altınordu" idi.
 
Xatırladaq ki, Bursa təmsilçisi Ufuk Budakla yanaşı, "Neftçi"dən Namik Ələskərovu da transfer edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest