Tokio-2020-də cüdo yarışları davam edir. Matc.az xəbər verir ki, bu gün kişilər 100 kq və qadınların 78 kq çəki dərəcələrində medalçılar müəyyənləşib. Kişilərin 100 kq çəki dərəcəsində finalda ipponla ço Quhama (Cənubi Koreya) qalib gələn Yaponiya təmsilçisi Aaron Volf qızıl medal qazanıb. Quham gümüş, Niyaz İlyasov (ROK) və Jorje Fonseka (Portuqaliya) isə bürünc medala sahib çıxıblar. 
Qadınlar 78 kq-da da qızıl medal Yaponiya komandasının aktivinə yazılıb. Sori Hamada Madelayna Malonqu (Fransa) ipponla məğlub edərək ilk Olimpiada qızılını qazanıb. Bürünc medalçılar isə Mayra Aqiyar (Braziliya) və Anna-Mariya Vaqner (Almaniya) olublar.
 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest