"Özümü toparlayıb yenidən forma yığa bilsəm, hər kəs görəcək. Mənə dəstək olanların hamısına təşəkkür edirəm”

Azərbaycan yığmasının cüdoçusu Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarındakı çıxışını dəyərləndirib. Matc.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan yığmamızın bayraqdarı Milli Olimpiya Komitəsinin feysbuk səhifəsinə açıqlamasında Ono ilə erkən qarşılaşmağın onun medal şansının əlindən aldığını bildirib:
 
“Hamı burada medal qazanmağımı istəyirdi. Təəssüf ki, medalsız qaldım. Püşkdə də bəxtim gətirmədi. Üçüncü görüşdə Olimpiya çempionu ilə qarşılaşmalı oldum. Həmin görüşdə bütün gücümü itirdim. Ondan sonra bərpa oluna bilmədim ki, sona qədər mübarizəni davam etdirib, 3-cü yeri tutum. Bilmirəm, bəlkə də, belə qismət idi. Necə olacağını bilmirəm. Hələ ki, özümə gələ bilməmişəm. Özümü toparlayıb yenidən forma yığa bilsəm, hər kəs görəcək. Mənə dəstək olanların hamısına təşəkkür edirəm”.
 
Qeyd edək ki, Rüstəm Orucov Rio-2016 Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest