Bronte Kempbell, Meq Herris, Emma Makkeon və Keyt Kempbelldən ibarət Avstraliya komandası qızıl medal qazanıb. Avstraliyalı xanımlar 3 dəqiqə 29 saniyə 69 salisəlik göstərici ilə yeni dünya rekordu müəyyənləşdiriblər.

Tokio-2020-də üzgüçülük yarışlarında mübarizə davam edir. Matc.az xəbər verir ki, bu gün üzgüçülükdə ilk medallar sahibini tapıb. Qadınların 4 nəfərlik komanda halında sərbəst üsulla 100 m məsafə yarışında (4x100) mükafatçılar müəyyənləşib. 
 
Bronte Kempbell, Meq Herris, Emma Makkeon və Keyt Kempbelldən ibarət Avstraliya komandası qızıl medal qazanıb. Avstraliyalı xanımlar 3 dəqiqə 29 saniyə 69 salisəlik göstərici ilə yeni dünya rekordu müəyyənləşdiriblər. 
 
Kanada gümüş, ABŞ isə bürünc medala sahib çıxıb. 
 
Qeyd edək ki, bu növdə dünya rekordu daha öncə də Avstraliyaya məxsus idi.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest