Tokio Yay Olimpiya Oyunlarında cüdo yarışlarına start verilib. Matc.az xəbər verir ki, Olimpiadanın ilk günündə kişilərdə 60, qadınlarda isə 48 kq çəki dərəcəsində qaliblər müəyyənləşib. 
 
Kişilərin 60 kq çəki dərəcəsində finalda yapon Takato Naohisa cənubi koreyalı Yan Yunq Veyi məğlub edərək, karyerasında ilk dəfə olimpiya çempionu adını qazanıb. Bürünc medallar isə Yeldos Smetov (Qazaxıstan) və Luka Mxeidzeyə (Fransa) qismət olub. Həmin çəkidə təmsilçimiz Kəramət Hüseynov 1/8 finalda turnirlə vidalaşmalı olmuşdu. 
 
Qadınların 48 kq çəki dərəcəsində Kosovo təmsilçisi Distria Krasniqi Tonaki Funaya (Yaponiya) qalib gələrək, qızıl medala sahib çıxıb. Darya Bilodid (Ukrayna) və Urantsetset Munxbatın (Monqolustan) isə bürünc medal qazanıblar. Bu çəkidə Azərbaycanı təmsil edən Aişə Qurbanlı 1/16 finalda portuqaliyalı Katarina Kostaya uduzaraq mübarizəni dayandırmışdı.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest