"Sumqayıt"ın qazancı ölkəmizin irəliləməsinə kifayət etməyib. Azərbaycan 13,250 xalla əvvəlki kimi 29-cudu. 28-ci Qazaxıstandan 0, 250 xal geri qalan ölkəmiz 30-cu Polşanı 1 xal üstələyir.

Avrokuboklarda dünən keçirilən matçlardan sonra UEFA-nın yeni əmsallar cədvəli açıqlanıb. Matc.az xəbər verir ki, Çempionlar Liqasının II təsnifat mərhələsində səfərdə "Olimpiakos"a uduzan "Neftçi" ölkəmizin xal hesabını artıra bilməyib. "Sumqayıt"ın Belqradda "Çukariçki" ilə heç-heçəsi isə 0,125 xal əldə etmək anlamına gəlib.

Beləliklə, Azərbaycanın bu mövsüm ümumi qazancı 0,625-ə çatıb. Bunun 0,500-ü "Neftçi"nin payına düşür.
 
"Sumqayıt"ın qazancı ölkəmizin irəliləməsinə kifayət etməyib. Azərbaycan 13,250 xalla əvvəlki kimi 29-cudu. 28-ci Qazaxıstandan 0, 250 xal geri qalan ölkəmiz 30-cu Polşanı 1 xal üstələyir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest