Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edən klublardan "Qarabağ" və "Keşlə" də bu gün ilk oyunlarına çıxıb. Matc.az xəbər verir ki, Ağdam klubu ilk matçını evdə, paytaxt təmsilçisi isə səfərdə keçirib.
 
"Qarabağ" İsrailin "Aşdod" komandası ilə Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gəlib. Bu görüşdə qapılara qol vurulmayıb. Ağdam klubu matçın sonlarında azlıqda da qalıb.
 
"Keşlə" isə Soçidə Rusiyanın "Soçi" komandasının qonağı olub. Paytaxt klubu bu görüşdə böyük hesabla uduzub.
 
Hər iki komandamız bu rəqibləri ilə cavab oyununu iyulun 29-da keçirəcək.
 
Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunları
22 iyul
 
Qarabağ - Aşdod 0:0
Qırmızı vərəqə: M.Medvedev, 83.
Baş hakim: Sergey Boyko (Ukrayna).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
 
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6. Patrik Andrade, 10. Abdullah Zubir, 11. Xayme Romero, 19. Filip Ozobiç, 27. Tural Bayramov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 8. Uroş Matiç, 18. İsmayıl İbrahimli, 20. Kadi Malinovski, 22. Musa Qurbanlı, 24. Zamiq Əliyev, 28. Hüseyn Hüseynzadə, 29. Marko Veşoviç, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.
Aşdod: 1. Yoav Jarafi, 3. Gil Kohen, 5. Nenad çvetkoviç, 6. Feras Abu Akal, 11. Lior Einbrom, 13. Montari Kamaheni, 15. Tom Ben Zaken (k), 23. Martin Rainov, 71. David Roi Nyenque, 77. Yakov Brihon, 99. Oz Bilevi.
Ehtiyat oyunçular: 90. Roi Mişpati, 9. Şalev Haroş, 10. Mussa Baqayoko, 12. Bar Netanel, 14. Yoni Sisay, 16. Zohar Zasano, 18. Guy Dahan, 26. Abdul Muqesse Zakariya, 30. Navaf Bzeya, 55. Naor Sabaq, 66. Nir Migel Hassan.
Baş məşqçi: Ran Ben Şimon.
 
Soçi - Keşlə 3:0
Qol: Rodriqao, 10. K.Noboa, 66-pen. M.Barsov, 81.
Baş hakim: Enea Yorgi (Albaniya).
Soçi. Olimpiya stadionu.
 
Soçi: 12. Nikolay Zabolotnı, 4. Mateo Baraç, 5. Rodriqao, 6. Artur Yusupov, 9. Marko  Duqandjiç, 15. İbrahim Tsallaqov (k), 16. Kristian Noboa, 18. Nikita Burmistrov, 27. Kiril Zayka, 34. Timofey Marqasov, 87. Danila Proxin.
Ehtiyat oyunçular: 1. Denis Adamov, 7. Dmitri Vorobyev, 8. İvelin Popov, 10. Maksim Barsov, 13. Sergey Terexov, 17. Maksim Kolmakov, 19. Bekanti Viktorien Anqban, 20. İqor Yurqanov, 24. Emanuel Mammana.
Baş məşqçi: Vladimir Fedotov.
Keşlə: 1. Stanislav Namaşko, 2. İlkin Qırtımov, 3. Tərlan Quliyev (k), 7. Rəhman Hacıyev, 10. Felipe Santos, 14. Turan Vəlizadə, 19. Azər Salahlı, 21. Miyuşko Boyoviç, 29. Amil Yunanov, 72. Aldair Neto, 77. Merab Giqauri.
Ehtiyat oyunçular: 27. Əkbər Vəliyev, 85. Kamal Bayramov, 5. Kərim Diniyev, 8. Tural Axundov, 18. Ruslan Əmircanov, 22. Elçin Mustafayev, 50. Samir Abdullayev, 99. Rafael Məhərrəmli.
Baş məşqçi: Sənan Qurbanov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest