"Zirə"nin Türkiyə toplanışı ləğv edilib. Matc.az xəbər verir ki, buna səfər öncəsi komandanın üzvlərindən birinin COVİD-19 test nümunəsinin pozitiv nəticə verməsi səbəb olub. 
 
Bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb. Baş məşqçi Rəşad Sadıqov komandanın qapalı şəraitdə uzaq məsafəyə səfər edəcəyini nəzərə alaraq, belə qərar verib.
 
"Zirə" məşqlərini ölkə daxilində davam etdirəcək. Komanda Türkiyəyə bu gün getməli idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest