12 İyul 2021, 14:59
AVRO-2020
“WhoScored” portalı AÇ-2020-nin rəmzi komandasını açıqlayıb. Matc.az xəbər verir ki, rəmzi heyətdə çempion İtaliya millisindən üç futbolçu yer alıb:
Qapıçı: Canluici Donnarumma (İtaliya);
Müdafiəçilər: Leonardo Bonuççi (İtaliya), Harri Maquayr, Luk Şou (hər ikisi İngiltərə), Vladimir Çoufal (Çexiya);
Yarımmüdafiəçilər: Tomas Munye (Belçika), Pol Poqba (Fransa), Marko Verratti (İtaliya), Emil Forsberq (İsveç);
Hücumçular: Patrik Şik (Çexiya), Kriştiano Ronaldo (Portuqaliya).
