İngiltərə milli komandasının sabiq futbolçusu Pol Mariner vəfat edib. Matc.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb. 68 yaşlı keçmiş hücumçunun ölüm səbəbi açıqlanmayıb.
 
Mariner 1977-1985-ci illərdə İngiltərə yığmasında çıxış edib. O, 35 matçda 13 qol vurub.
 
Mariner "İpsviç", "Arsenal" və "Porstmut" kimi komandalarda oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest