Niderlandlı mütəxəssis Lui van Qal məşqçi karyerasını bərpa edə bilər. Matc.az xəbər verir ki, 69 yaşlı mütəxəssis Niderland milli komandasına baş məşqçi təyin oluna bilər. Bu barədə NOS nəşri məlumat yayıb.
 
Niderland Futbol Assosiasiyasının rəsmiləri van Qalı yığmanın "sükanı arxasına" gətirmək niyyətindədir. Assosiasiya nümayəndləri yaxın zamanda niderlandlı mütəxəssislə görüşəcək. Van Qal da milliyə keçməyə müsbət yanaşır.
 
Van Qal daha əvvəl – 2000-2001 və 2012-2014-cü illərdə Niderland yığmasını çalışdırıb. Onun son iş yeri İngiltərə "Mançester Yunayted"i olub. Van Qal 2016-cı ilin yayından məşqçilik karyerasına fasilə verib.
 
Aç-2020-nin 1/8 finalında çexiyaya uduzan Niderland yığmasında baş məşqçi Frank de Bur vəzifəsindən ayrılmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest